SABAH.city

Növbə nəzarətçisi

Detail IconTam ştatDetail Icon29 Noy 2026Son tarix: 29 Noy 2026Paylaşılıb: 26 Noy 2026
Detail Icon
MəşğulluqMəşğulluq növüTam ştat
Detail Icon
TəcrübəTəcrübəJunior
Detail Icon
ŞöbəŞöbəDigər
Detail Icon
İş saatlarıİş saatlarıStandart
Detail Icon
Son tarixSon tarix29 Noy 2026

Şirkət haqqında

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

“AzerGold” QSC metal və qeyri-metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Həmçinin Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

Rol haqqında

Növbə nəzarətçisi istehsalat proseslərinin fasiləsiz, təhlükəsiz və səmərəli idarə olunmasına, növbə ərzində əməliyyat fəaliyyətinin koordinasiyasına və istehsalat göstəricilərinin optimallaşdırılmasına cavabdehdir. Vəzifə çərçivəsində operatorların fəaliyyətinə nəzarət edir, potensial riskləri müəyyənləşdirir, texnoloji proseslərin və avadanlıqların düzgün işləməsini təmin edir, istehsalat problemlərinin həlli və işçi heyətinin inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Vəzifələr

  • Tick Icon- İstehsalat proseslərinin maksimum səmərəlilik və məhsuldarlıqla həyata keçirilməsini təmin etmək;
  • Tick Icon- Əməliyyat proseslərində mövcud çatışmazlıqları və tələbləri təhlil edərək müvafiq istiqamətləndirmə aparmaq;
  • Tick Icon- İstehsalatda yarana biləcək potensial riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısının alınması üçün zavod müdirini məlumatlandırmaq;
  • Tick Icon- Yanğın, zəhərlənmə, qəza və digər fövqəladə hallarda operatorların fəaliyyətini koordinasiya etmək və təxliyə prosesinə rəhbərlik etmək;
  • Tick Icon- Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi qiymətləndirmək və müvafiq qeydlər aparmaq;
  • Tick Icon- İşçilərin motivasiyasını artırmaq, komanda əməkdaşlığını gücləndirmək və sağlam iş mühitini təşviq etmək;
  • Tick Icon- İstehsalat proseslərində yaranan problemlərin həlli üçün innovativ yanaşmaları araşdırmaq və müvafiq təkliflər vermək;
  • Tick Icon- Texnoloji proseslərdəki dəyişiklikləri nəzərə alaraq əməliyyat planlarını hazırlamaq;
  • Tick Icon- Operatorlardan istehsalatın gedişi və proses parametrləri barədə məlumat toplamaq, nəticələri təhlil etmək və zəruri tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul etmək;
  • Tick Icon- İstehsalatda istifadə olunan kimyəvi maddələrin sərfiyyatını optimallaşdırmaq, istifadəsinə və ehtiyatlarına nəzarət etmək, müvafiq hesabatlar hazırlamaq;
  • Tick Icon- Karbonun çıxarılması (carbon stripping) və dəyirmanların dayandırılması üzrə təsdiq edilmiş planlara əməl olunmasını təmin etmək;
  • Tick Icon- İstehsalat sahəsində səmərəliliyin artırılması və əməliyyatların təkmilləşdirilməsi məqsədilə layihələr və onların texniki-iqtisadi əsaslandırmalarını hazırlamaq;
  • Tick Icon- Mexaniki və elektrik avadanlıqlarında yaranan nasazlıqları izləmək və aidiyyəti struktur bölmələrə vaxtında məlumat vermək;
  • Tick Icon- Mövcud prosedur və təlimatlara uyğun olaraq növbə ərzində zavodun istehsalat proseslərini səmərəli idarə etmək;
  • Tick Icon- Texnoloji avadanlıqların iş prinsiplərini bilmək və zəruri hallarda operatorlara müvafiq texniki məlumat və istiqamət vermək;
  • Tick Icon- İdarəetmə otağının, eləcə də fərdi mühafizə vasitələrinin (FMV) mövcudluğuna və təminatına nəzarət etmək;
  • Tick Icon- İstehsalat proseslərinin düzgün təşkilini və növbə üzrə iş bölgüsünü təmin etmək;
  • Tick Icon- Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etmək, istehsalat və fövqəladə hallar üçün kifayət qədər su ehtiyatının olmasını təmin etmək;
  • Tick Icon- İşçilərin inkişaf proqramlarını hazırlamaq və istehsalat prosesləri, eləcə də işə başlamazdan əvvəl əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik (SƏTƏM) tələbləri üzrə təlimlər keçirmək;
  • Tick Icon- Operatorların nahar və şam yeməyi fasilələrini istehsalat tələblərinə uyğun təşkil etmək;
  • Tick Icon- Özünün və tabeliyində olan işçilərin fərdi mühafizə vasitələri və zəruri avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölmələrə müraciət etmək;
  • Tick Icon- Tabeliyində olan operatorların vəzifə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməsinə nəzarət etmək.

Tələblər

  • Tick IconAzərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır.
  • Tick IconƏməkdaşlıq
  • Tick IconMəsuliyyət
  • Tick IconTəşəbbüskarlıq
  • Tick IconProblem həll etmə
  • Tick IconAli təhsil ( Metallurgiya, Kimya mühəndisliyi, Kimya).
  • Tick IconMüvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İndi müraciət et
Deadline IconSon tarix: 29 Noy, 2026

Bu vakansiyanı paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlaqəli vakansiyalar

Bütün vakansiyalara baxRedirect IconRedirect Icon
“
Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Energetika bölməsi / Avtomatika üzrə elektrik“AzerGold” QSC
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et
“
Çovdar inteqrəolunmuş regional emal sahəsi / Mədən geologiyası bölməsi / Mühəndis-geoloq“AzerGold” QSC
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et
a
Təhlükəsizlik əməkdaşıAdmitt.io
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image