SABAH.city

İstehsalın planlaşdırılması və idarə olunması üzrə baş mütəxəssis

Detail IconTam ştatDetail Icon29 Noy 2026Son tarix: 29 Noy 2026Paylaşılıb: 24 Noy 2026
Detail Icon
MəşğulluqMəşğulluq növüTam ştat
Detail Icon
TəcrübəTəcrübəSenior
Detail Icon
ŞöbəŞöbəRəhbərlik və idarəetmə
Detail Icon
İş saatlarıİş saatlarıStandart
Detail Icon
Son tarixSon tarix29 Noy 2026

Şirkət haqqında

“İqlim” Elmi-İstehsalat Müəssisəsi MMC Azərbaycanın Bakı şəhərində yerləşən, Müdafiə Sənayesi Nazirliyinin (“Azərsilah” Müdafiə Sənayesi Holdinqi) tərkibində fəaliyyət göstərən sənaye və müdafiə təyinatlı istehsal müəssisəsidir. 1961-ci ilin yanvarında Bakı İqlim Avadanlıqları Zavodu kimi yaradılmış bu müəssisə iqlimə nəzarət sistemləri, aviasiya komponentləri və dəqiq mexanika mühəndisliyi sahəsində ixtisaslaşmışdır.

Rol haqqında

Baş mütəxəssis istehsal proseslərinin effektiv planlaşdırılması, qrafikləşdirilməsi və idarə olunmasına cavabdehdir. Vəzifə zavodlar üzrə aylıq və həftəlik istehsal planlarının hazırlanmasını, istehsal güclərinin və material tələbatının təhlilini, resursların səmərəli bölüşdürülməsini və istehsal qrafiklərinin icrasına nəzarəti əhatə edir. Həmçinin, istehsal proseslərində yaranan gecikmə və çətinliklərin aradan qaldırılması, hesabatlılıq və komanda üzvlərinə metodiki dəstək göstərilməsi əsas fəaliyyət istiqamətlərindəndir.

Vəzifələr

  • Tick IconMaster istehsal planı əsasında zavodlar üzrə aylıq və həftəlik istehsal qrafiklərinin hazırlanması;
  • Tick IconDəzgah və işçi qüvvəsi üzrə istehsal güclərinin təhlili, darboğazların müəyyən edilməsi və həll yollarının təklif olunması;
  • Tick IconMRP sistemi vasitəsilə BOM və istehsal planı əsasında material tələbatının hesablanması;
  • Tick Iconİş sifarişlərinin material mövcudluğu və təhvil tarixlərinə uyğun hazırlanması və icrasına nəzarət;
  • Tick IconZavodlararası istehsal və material ötürmələrinin qrafikləşdirilməsi;
  • Tick IconGecikmə, dizayn dəyişikliyi və material çatışmazlığı hallarında istehsal qrafiklərinin yenilənməsi;
  • Tick IconTexnoloji norma-vaxtların aktuallığının təmin edilməsi və istehsal gücü hesablamalarında istifadəsi;
  • Tick IconPlan-fakt göstəriciləri, istehsal qrafikləri və gecikmələr üzrə həftəlik və aylıq hesabatların hazırlanması;
  • Tick IconERP/Excel sistemlərində BOM, istehsal marşrutları və norma məlumatlarının düzgünlüyünə nəzarət;
  • Tick IconMütəxəssis və kiçik mütəxəssislərə metodiki dəstək və mentorluq göstərilməsi.

Tələblər

  • Tick IconSənaye mühəndisliyi, Maşınqayırma Texnologiyası, İstehsalın Təşkili və İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tick IconMaşınqayırma istehsalında istehsal planlaması və qrafikləşdirmə üzrə minimum 4 il iş təcrübəsi;
  • Tick IconÜmumi iş təcrübəsi minimum 5 il;
  • Tick IconERP/MRP sistemləri ilə iş təcrübəsi;
  • Tick IconMS Office proqramları üzrə biliklər (Excel, Word, PowerPoint, Outlook);
  • Tick IconExcel üzrə qabaqcıl biliklər (Pivot Tables, Power Query);
  • Tick IconSAP PP / 1C, MRP, BOM və istehsal marşrutları üzrə biliklər.

Bacarıqlar və Kompetensiyalar

  • Tick IconAutoCAD proqramında texniki çertyojları oxumaq bacarığı;
  • Tick Iconİngilis və rus dillərini bilmək;
  • Tick IconMagistratura təhsili;
  • Tick IconAPICS CPIM, SAP PP/ERP və Lean/Six Sigma sertifikatları.
  • Tick IconAnalitik və strateji düşüncə;
  • Tick IconPlanlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Tick IconProblem həll etmə və operativ qərarvermə;
  • Tick IconZamanın və resursların idarə edilməsi;
  • Tick IconDetallara diqqət və dəqiqlik;
  • Tick IconKomanda işi və kommunikasiya;
  • Tick IconLiderlik və mentorluq bacarıqları;
  • Tick IconNəticəyönümlülük;
  • Tick IconMəxfilik prinsiplərinə riayət etmək.
İndi müraciət et
Deadline IconSon tarix: 29 Noy, 2026
i̇
İqlim-Elmi İstehsalat Müəssisəsi MMCDigər

Bu vakansiyanı paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlaqəli vakansiyalar

Bütün vakansiyalara baxRedirect IconRedirect Icon
n
QHSE üzrə KoordinatorNobel Energy Group (Glensol)
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et
n
Mexanika üzrə böyük mühəndisNobel Energy Group (Prokon)
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et
n
Boru kəmərləri üzrə mühəndisNobel Energy Group (Prokon)
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image