SABAH.city

Çovdar inteqrəolunmuş regional emal sahəsi / Mədən geologiyası bölməsi / Mühəndis-geoloq

Detail IconTam ştatDetail Icon29 Noy 2026Son tarix: 29 Noy 2026Paylaşılıb: 25 Noy 2026
Detail Icon
MəşğulluqMəşğulluq növüTam ştat
Detail Icon
TəcrübəTəcrübəJunior
Detail Icon
ŞöbəŞöbəDigər
Detail Icon
İş saatlarıİş saatlarıStandart
Detail Icon
Son tarixSon tarix29 Noy 2026

Şirkət haqqında

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

“AzerGold” QSC metal və qeyri-metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Həmçinin Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

Rol haqqında

Mühəndis-geoloq geoloji və geotexniki tədqiqatların aparılması, sahə işlərinin təşkili və nəzarəti, geoloji məlumatların təhlili və qiymətləndirilməsi, eləcə də mühəndislik layihələrinin geoloji və geotexniki baxımdan dəstəklənməsinə cavabdehdir. Vəzifə çərçivəsində torpaq və süxurların fiziki-mexaniki xüsusiyyətləri, yeraltı su şəraiti və potensial geoloji risklər qiymətləndirilir, layihələrin təhlükəsiz və səmərəli icrasına töhfə verilir.

Vəzifələr

  • Tick IconGeoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;
  • Tick IconYeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək;
  • Tick IconSahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq;
  • Tick IconMəlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək;
  • Tick IconLayihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək;
  • Tick IconSahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək.
  • Tick IconRisk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq;
  • Tick IconTexniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək;
  • Tick IconƏtraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək.

Tələblər

  • Tick IconDil bilikləri: Azərbaycan dili səlis, İngilis və rus dili biliyinin olması arzuolunandır;
  • Tick IconMS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında, AutoCAD, Surpac və GIS proqram təminatları ilə işləməyi bacarmağı;
  • Tick IconMüvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;
  • Tick IconƏməkdaşlıq
  • Tick IconProblem həll etmə
  • Tick IconMəsuliyyət
  • Tick IconTəşəbbüskarlıq
  • Tick IconMüvafiq sahə üzrə Ali təhsil tələb olunur.
  • Tick IconMüvafiq sahə üzrə təcrübə: 1 il
İndi müraciət et
Deadline IconSon tarix: 29 Noy, 2026

Bu vakansiyanı paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlaqəli vakansiyalar

Bütün vakansiyalara baxRedirect IconRedirect Icon
“
Növbə nəzarətçisi“AzerGold” QSC
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et
“
Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Energetika bölməsi / Avtomatika üzrə elektrik“AzerGold” QSC
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et
a
Təhlükəsizlik əməkdaşıAdmitt.io
Tam ştat
Son tarix29 Noy, 2026
Müraciət et

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image