Süni İntellekt üzrə Təcrübəçi (AI Intern)
Şirkət haqqında
"PASHA Financial Holding" qrupun maliyyə, fintech, elektron ticarət və sığorta sahəsindəki fəaliyyətlərini mərkəzləşdirilmiş şəkildə idarə etmək məqsədilə yaradılmış və 30 dekabr 2025-ci ildə rəsmi fəaliyyətə başlamış "PASHA Holding" törəmə şirkətidir. Baş icraçı direktor Fərid Məmmədovun rəhbərlik etdiyi bu qurum, "PASHA Holding"in beş istiqamətli strukturunda maliyyə və texnologiya əsaslı aktivləri əlaqələndirir.
Rol haqqında
Süni İntellekt üzrə Təcrübəçi (AI Intern) komandamızla birlikdə müasir süni intellekt modellərinin, avtomatlaşdırma həllərinin və məlumat emalı proseslərinin hazırlanmasında və sınaqdan keçirilməsində iştirak edəcək. Bu proqram nəzəri biliklərini real texnoloji layihələrdə tətbiq etmək və AI mühəndisliyi sahəsində praktiki təcrübə qazanmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulub.Ətraflı məlumat üçün HR nümayəndəsinə yaxınlaşıb məlumat əldə edə bilərsiniz.
Vəzifələr
Süni intellekt alətlərinin və həllərinin araşdırılması və sınaqdan keçirilməsində komandaya dəstək vermək
Ətraflı məlumat üçün İR nümayəndəsinə yaxınlaşıb öyrənə bilərsiniz
Tələblər
İnformasiya texnologiyaları, kompüter elmləri, mühəndislik və ya əlaqəli sahələr üzrə tələbə və ya yeni məzun olmaq (digər ixtisaslardan sahəyə marağı olan namizədlər də müraciət edə bilər)
Süni intellekt və rəqəmsal texnologiyalar sahəsinə yüksək maraq
Müasir AI alətləri (ChatGPT, Gemini, Claude və s.) ilə ilkin tanışlıq
Proqramlaşdırma və ya məlumatlarla işləmək üzrə baza anlayış (Python üzrə ilkin biliklər üstünlükdür)
Kompüter və ofis proqramlarından sərbəst istifadə bacarığı
Azərbaycan dili biliyi və məlumatları araşdırmaq səviyyəsində İngilis dili biliyi
Ətraflı məlumat üçün İR nümayəndəsinə yaxınlaşıb öyrənə bilərsiniz
Əlaqəli vakansiyalar
Bütün vakansiyalara baxƏlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə