"TEI Forum 2026" və "Startup School 4 Demo Day" SABAH.city-də keçirilib

SABAH.city 31 oktyabr tarixində TEI Forum 2026 və Enterprise Azerbaijan-ın qlobal innovasiya proqramı olan “Startup School 4: Five Continents – 500 Startups” proqramının yekun Demo Day tədbirinə ev sahibliyi edib. İki təşəbbüsün tərəfdaşlıq çərçivəsində bir araya gəlməsi innovasiya və sahibkarlıq ekosistemi üçün yeni əməkdaşlıq imkanları yaradıb.
15 ölkədən perspektivli startapları bir araya gətirən Startup School 4 proqramı çərçivəsində 233 startap komandası beynəlxalq mentorların, təlimçilərin, vençur fondlarının və ekosistem tərəfdaşlarının dəstəyi ilə iştirak edib. Yekun Demo Day-də seçilmiş 50 startap öz həllərini təqdim etmək və 300-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə əlaqələr qurmaq imkanı əldə edib.
SABAH.city-də keçirilən birgə proqram çərçivəsində startap sərgisi, beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələri, şəbəkələşmə imkanları, eləcə də mükafatlandırma və bağlanış mərasimi baş tutub. Tədbir biznes, investisiya və innovasiya nümayəndələrini bir araya gətirərək beynəlxalq əməkdaşlıq və yeni tərəfdaşlıqlar üçün platforma yaradıb.
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə


