SABAH.city-də “Elmi islahatlar və innovasiya” mövzusunda ikinci təlim-müzakirə sessiyası keçirilib

6 noyabr tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün “Elmi islahatlar və innovasiya” mövzusunda ikinci təlim-müzakirə sessiyası SABAH.city-də keçirilib.
Sessiyanın əvvəlində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev layihənin məqsədləri və elm-təhsil sahəsində baş verən yeniliklərin mediada peşəkar işıqlandırılmasının əhəmiyyəti barədə danışıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov isə ölkədə həyata keçirilən elmi islahatlar, innovasiya ekosisteminin inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübə haqqında təqdimatla çıxış edib.
Daha sonra SABAH.city-nin baş icraçı direktorunun müavini Nurcan Baxşıyeva Azərbaycanın yeni nəsil innovasiya klasterinin fəaliyyəti və imkanları barədə məlumat verib. O, SABAH.city-nin startapları, inkubator və akselerator proqramlarını, vençur kapitalı fondlarını, tədqiqat mərkəzlərini, texnologiya şirkətlərini və universitetləri vahid innovasiya ekosistemində birləşdirdiyini, akademiya, sənaye, dövlət və biznes arasında əməkdaşlıq üçün imkanlar yaratdığını vurğulayıb.
İnteraktiv formatda davam edən sessiyada media nümayəndələrinin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Layihə elm və təhsil sahəsindəki proseslərin mediada daha dolğun işıqlandırılmasına dəstək göstərməyi, jurnalistlərin bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyib.
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə


