SABAH.city

SABAH.angels Pakistandan olan qadın sahibkarları SABAH.city-də qəbul edib

Oktyabr 8, 2026Oxuma müddəti: 1 dəq
News Cover
SABAH.angels

SABAH.angels 8 oktyabr tarixində Pakistandan olan qadın sahibkarlardan ibarət nümayəndə heyətini SABAH.city-də qəbul edib.

Müxtəlif sahələri təmsil edən qonaqlar SABAH.city-nin fəaliyyəti, Azərbaycanın və regionun innovasiya və texnologiya mərkəzinə çevrilmək vizyonu, eləcə də potensial əməkdaşlıq imkanları ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti tədqiqat laboratoriyalarına baxış keçirib, yerli startap ekosistemi ilə tanış olub. Həmçinin SABAH.city-nin beynəlxalq startap və şirkətlərin Azərbaycan bazarına çıxışı üçün platforma rolunu oynamaq hədəfi barədə məlumat əldə edib.

Görüş Azərbaycan və Pakistanın biznes və innovasiya ekosistemləri arasında əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və birgə əməkdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyıb.

Bu xəbəri paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image