Nazirlər SABAH.city-nin inkişaf perspektivləri və startaplara dəstək imkanları ilə tanış olublar

Noyabrın 18-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev SABAH.city-ni ziyarət edərək burada həyata keçirilən işlərlə və mövcud infrastrukturla tanış olublar.
Ziyarət çərçivəsində nazirlər startapların fəaliyyəti üçün yaradılmış kovorkinq mərkəzlərinə və laboratoriyalara baxış keçirib, onların imkanları ilə tanış olublar.
Görüşdə SABAH.city-nin inkişaf perspektivləri və qurumlararası əməkdaşlığın potensial istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən startaplara dəstək proqramları, maliyyələşmə mexanizmləri və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunub. Bununla yanaşı, startaplara dəstəyin gücləndirilməsi və SABAH.city-nin gələcək inkişaf planının hazırlanması məsələlərinə də toxunulub.
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə



