Yüksək Texnologiyalar Parkı və IT Park Uzbekistan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı

23 sentyabr 2026-cı il tarixində SABAH.city ilə Özbəkistan Respublikasının IT Park Uzbekistan arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum SABAH.city-nin baş icraçı direktoru Nihat Məcidov və IT Park Uzbekistan-ın baş icraçı direktoru Azamat Karamatov tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər arasında aşağıdakı istiqamətlər üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi nəzərdə tutulur:
Startap və innovasiya ekosistemlərinin inkişafı – Azərbaycan və Özbəkistan startapları arasında əlaqələrin qurulması, təcrübə və bilik mübadiləsinin təşviqi;
Beynəlxalq bazarlara çıxış – tərəflərin ekosistemlərində fəaliyyət göstərən texnologiya şirkətləri və startapların qarşılıqlı bazarlara çıxışının və beynəlxalqlaşmasının dəstəklənməsi;
Texnologiya transferi və kommersiyalaşdırma – innovativ texnologiyaların inkişafı, tətbiqi və kommersiya potensialının reallaşdırılması istiqamətində əməkdaşlığın təşviqi;
Birgə proqram və tədbirlər – inkubasiya və akselerasiya proqramlarının, startap müsabiqələrinin, biznes missiyalarının, investisiya tədbirlərinin, seminarların və digər innovasiya yönümlü təşəbbüslərin birgə təşkil edilməsi;
İnvestisiya və biznes əlaqələri – startaplar, texnologiya şirkətləri, investorlar və digər ekosistem iştirakçıları arasında əlaqələrin genişləndirilməsi;
Təcrübə və bilik mübadiləsi – innovasiya infrastrukturu, rezidentlərə göstərilən xidmətlər və startapların inkişafına dəstək mexanizmləri üzrə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi.
Əlavə olaraq, 23 sentyabr 2026-cı il tarixində SABAH.city-nin baş icraçı direktorunun müavini Abutab Abbasovanın rəhbərliyi ilə NEXUS Proqramı çərçivəsində görüş keçirilib. Görüşdə özbək startaplarının Azərbaycan bazarına çıxışı, potensial müştərilərlə əlaqələrin qurulması və qarşılıqlı faydalı tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə