“Maarifçi” proqramının iştirakçıları SABAH.city-də BP şirkətinin vitse-prezidenti ilə görüşüblər

BP şirkətinin Xəzər regionu üzrə Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli SABAH.city-də “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb. Görüşdə peşəkar inkişaf, əmək bazarının tələbləri, karyera imkanları və texnoloji yeniliklərin təsiri müzakirə olunub.
Bəxtiyar Aslanbəyli uğurlu karyera qurmaq üçün praktiki təcrübənin, xarici dil biliklərinin və davamlı öyrənmənin əhəmiyyətini vurğulayıb. O, süni intellektin artan təsirinə toxunaraq texnoloji dəyişikliklərə uyğunlaşmağın, müstəqil öyrənmənin və cəmiyyətin inkişafına töhfə verməyin vacibliyini qeyd edib.
Görüş çərçivəsində SABAH.city-yə infotur da təşkil olunub. SABAH.city-nin baş icraçı direktoru Nihat Məcidov iştirakçılara mərkəzin infrastrukturu, laboratoriyaların imkanları və onların praktiki bilik və bacarıqların inkişafındakı rolu barədə məlumat verib.
Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” proqramının məqsədi tələbə və məzunların praktiki bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar inkişaflarını dəstəkləmək və onların əmək bazarına inteqrasiyasına şərait yaratmaqdır.
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə

