SABAH.city

ADNSU nümayəndə heyəti SABAH.city-ni ziyarət edib

Sentyabr 26, 2026Oxuma müddəti: 1 dəq
News Cover
SABAH.city

25 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində tədbir iştirakçıları üçün SABAH.city innovasiya şəhərciyinə tur təşkil olunub.

Beynəlxalq tədbirdə iştirak edən universitet rəhbərləri, ekspertlər, tədqiqatçılar və digər qonaqlar SABAH.city-nin infrastrukturu, fəaliyyət istiqamətləri və inkişaf perspektivləri ilə tanış olublar.

Səfər zamanı iştirakçılara SABAH.city-nin innovasiya, elm, təhsil və sahibkarlıq ekosisteminin inkişafına verdiyi töhfə, burada fəaliyyət göstərən laboratoriyalar, startaplar və texnologiya şirkətləri, eləcə də müasir infrastruktur haqqında məlumat verilib.

SABAH.city innovasiya şəhərciyinə təşkil olunan tur ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi və innovasiya yönümlü əməkdaşlıq imkanlarının təşviqi baxımından əhəmiyyətli olub.

Bu xəbəri paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image