SABAH.city

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndə heyəti SABAH.city-yə səfər edib

Sentyabr 30, 2026Oxuma müddəti: 1 dəq
News Cover
SABAH.city

29 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, o cümlədən nazir müavini Elnar Əsədov SABAH.city-yə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyətinə SABAH.city-nin infrastrukturu, əsas fəaliyyət istiqamətləri və inkişaf perspektivləri barədə məlumat verilib. Qonaqlar innovasiya şəhərciyinin elm, təhsil, sahibkarlıq, texnologiya və özəl sektoru vahid əməkdaşlıq ekosistemində bir araya gətirən fəaliyyəti ilə tanış olublar.

Ziyarət zamanı nümayəndə heyəti SABAH.city-nin müasir infrastrukturu və fəaliyyət məkanları ilə tanış olub, innovasiya şəhərciyində fəaliyyət göstərən startaplar, texnologiya şirkətləri və akademik qurumların fəaliyyəti barədə məlumat əldə edib.

Bu xəbəri paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image