Startaplar və texnopark rezidentləri üçün vergitutma üzrə seminar.
Qeydiyyat açıqdır
- 🗓️ 3 Noyabr
- 🕕 15:00
- 📍 SABAH.city (Events Hall)
- 🎟️ Giriş ödənişsizdir!
SABAH.city, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində startapları və texnopark rezidentlərini vergitutma üzrə seminara dəvət edir.
Seminar aşağıdakı mövzuları əhatə edəcək:
- Vergi ödəyicilərinin uçotu və elektron kabinetdən istifadə: Vergi ödəyicilərinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması qaydaları, elektron kabinet vasitəsilə sənəd və hesabatların təqdim edilməsi, məlumatların emalı və uçot prosedurlarının pozulmasına görə məsuliyyət tədbirləri.
- Vergi rejimlərinin seçilməsi və hesabatların təqdim edilməsi: Vergi mükəlləfiyətinin seçilməsinin planlaşdırılması, seçilmiş vergi mükəlləfiyyəti üzrə vergitutma prosedurlarının icrası və vergi hesabatlarının təqdim edilməsi qaydaları.
- İşçi qüvvəsi cəlb edilərkən vergi və sosial öhdəliklər: Muzdlu işdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi, işçilər üzrə məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması,əmək münasibətlərinin leqallaşdırılmamasına görə Vergi Məcəlləsi və digər qanunvericilik aktlarında nəzərdə tutulan məsuliyyət tədbirləri.
- Texnoparklarda və startaplarda vergitutma: Güzəştlər və azadolmalar: Texnoparklarda və startaplarda vergitutmanın əsas xüsusiyyətləri, tətbiq olunan vergi güzəştləri və azadolmaları, həmçinin seminar müddətində sualların cavablandırılması.
- kateqoriyaVörkşop
- formatOffline
- başlanğıcNoyabr 3, 2026 - 15:00
- dilAZ