“TEI Forum 2026” və “Startup School 4: Five Continents – 500 Startups” Demo Day
Qeydiyyat açıqdır
31 oktyabr 2026-cı il tarixində SABAH.city “TEI Forum 2026” tədbirinə və Enterprise Azerbaijan-ın qlobal innovasiya proqramı olan “Startup School 4: Five Continents – 500 Startups” proqramının yekun Demo Day tədbirinə ev sahibliyi edəcək. Bu iki təşəbbüsün tərəfdaşlıq çərçivəsində bir araya gətirilməsi innovasiya və sahibkarlıq ekosistemində yeni sinerjinin yaranmasına imkan yaradacaq.
15 ölkədən perspektivli startapları bir araya gətirən “Startup School 4” proqramı beynəlxalq mentorların, təlimçilərin, vençur fondlarının və ekosistem tərəfdaşlarının iştirakı ilə 233 startap komandasına dəstək göstərib. Yekun Demo Day çərçivəsində seçilmiş 50 startap öz həllərini təqdim etmək və 300-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə əlaqələr qurmaq imkanı əldə edəcək.
SABAH.city-də keçiriləcək birgə proqram çərçivəsində startap sərgisi, beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələri, şəbəkələşmə imkanları, eləcə də mükafatlandırma və bağlanış mərasimi təşkil olunacaq. Tədbir biznes, investisiya və innovasiya icmalarının nümayəndələrini bir araya gətirəcək.
- formatOffline
- başlanğıcOktyabr 31, 2026 - 10:00
- dilEN