SABAH.city

Karyera Sərgisi 2026

Qeydiyyat açıqdır
Karyera Sərgisi 2026
  • 🗓️ 26 Noyabr
  • 🕕 09:00
  • 📍 SABAH.city (Tədbir zalı)

SABAH.city Career Fair 2026 iş axtaranları, karyerasına yeni başlayan mütəxəssisləri və tələbələri aparıcı şirkətlər və potensial işəgötürənlərlə bir araya gətirmək məqsədi daşıyan karyera tədbiridir.

20-dən çox şirkətin nümayəndələrini bir araya gətirən Karyera Sərgisi iştirakçılara mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq, müxtəlif sahələr üzrə dəyərli bilik və təcrübə qazanmaq, peşəkar əlaqələrini genişləndirmək və gələcək karyeralarına doğru mühüm addımlar atmaq imkanı yaradır.

Sizi nələr gözləyir?

Karyera sessiyaları

Sahə mütəxəssislərinin iştirakı ilə keçirilən maarifləndirici sessiyalarda iştirak edin, onların şəxsi təcrübələrindən faydalanın və müxtəlif sahələr üzrə karyera inkişafı imkanları haqqında məlumat əldə edin.

Şirkətlər sərgisi

İştirakçı şirkətlərin nümayəndələri ilə tanış olun, mövcud vakansiyalar və təcrübə proqramları haqqında məlumat əldə edin, potensial işəgötürənlərlə birbaşa ünsiyyət qurun və dəyərli peşəkar əlaqələr yaradın.

Karyera inkişafı üzrə vörkşoplar

CV hazırlanması, müsahibə bacarıqları və peşəkar inkişaf mövzularına həsr olunmuş praktiki vörkşoplarda iştirak edin. Karyera perspektivlərinizi gücləndirmək üçün faydalı bilik və bacarıqlar qazanın.

SABAH.city Career Fair 2026-da bizə qoşulun, sahə mütəxəssisləri ilə tanış olun, yeni fürsətləri kəşf edin və uğurlu karyera qurmaq yolunda növbəti addımınızı atın. Unutmayın, gələcəyiniz bu gün qurduğunuz əlaqələrdən başlayır!

  • kateqoriyaSomething else
  • formatOffline
  • regionAzərbaycan
  • ünvanSABAH.city, Tədbir zalı
  • başlanğıcNoyabr 26, 2026 - 09:00
  • bitişNoyabr 26, 2026 - 18:00
  • dilAZ
Qeydiyyatdan keç